Bir gecə yuxuna gələcəm sənin...

Müəllif: Love Angel
Şərhlər: 9
Baxılıb: 6 157
Səs ver:
(səs: 4)
Mənli xatirələr məndən bezəcək,
Həsrət gündən günə səni üzəcək.
Aylar,illər gəlib ötüb keçəcək,
Bir gecə yuxuna gələcəm sənin...
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

Yollar gözləməkdən yorğun düşəcək,
Gözlərin hər yerdə məni gəzəcək.
Yuxunu gecələr ərşə çəkəcək,
Bir gecə yuxuna gələcəm sənin...
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

Mən dönməyəcəm hey səsləsən də,
Bu sevgi sazını bərk kökləsən də,
Sən məni gündüzlər çox gözləsən də,
Bir gecə yuxuna gələcəm sənin...
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

Dost-tanış,qohumlar unutduranda,
Tökdüyün göz yaşını qurutduranda,
Yaran təzə-təzə qabıq tutanda,
Bir gecə yuxuna gələcəm sənin...
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

Ömrün ovucunda döndükcə həcə,
Səni izləyəcəm hər an gizlicə,
Bu dünyadan tək köçən gecə,
O gecə yuxuna gələcəm sənin...
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 6 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri