Qız məktəbində

Müəllif: ♡R.X♡
Şərhlər: 15
Baxılıb: 1 700
Səs ver:
(səs: 0)
-Quzum,yavrum!Adın nədir?
-Gülbahar.
-Pəki,sənin anan,baban varmı?
-Var.
-Nasıl,zənginmidir baban?
-Əvət,zəngin,bəyzadə...
-Öylə isə,geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin,altun bilərziklərin?
Söylə,yavrum!Heç sıxılma...
-Var, əfəndim,var...lakin
Müəlliməm hər gün söylər,onların yox qiyməti,
Bir qızın ancaq bilgidir,təmizlikdir zinəti.
-Pək doğru söz...Bu dünyada sənin ən çox sevdiyin
Kimdir,quzum,söylərmisin?
-Ən çox sevdiyim ilkin
O Allah ki,yeri,göyü,insanları xəlq eylər.
-Sonra kimlər?
-Sonra onun göndərdiyi elçilər.
-Başqa sevdiklərin nasıl,yoxmu?
-Var...
-Kimdir onlar?
-Anam,babam,müəlliməm,bir də bütün insanlar.

Hüseyn Cavid
(səs: 0)
Şərhlər: 15
Baxılıb: 1 700
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri