Məni istəmirəm bağışlayasan

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 153
Səs ver:
(səs: 0)
Özgələri biçdi mən əkdiyimi,
Əməlim qaradır üzümlə birgə.
Dağ da çəkəmməzdi mən çəkən dərdi,
Sənə də çəkdirdim özümlə birgə,
Məni istəmirəm bağışlayasan.

Çığıra-çığıra qalmışam daha,
Ortada dolaşan bir dəli kimi.
Qurban ürəyinə, batma günaha,
Bütün suçlarımın bədəli kimi
Məni istəmirəm bağışlayasan.

Hər yerdə özümü unutdum deyin,
Az qala yadımdan çıxmışdı adım.
Əzab yuvasıymış sənin ürəyin –
Sənə zulum verdim, əzabkeş qadın,
Məni istəmirəm bağışlayasan.

Sənə çəkdirdiyim ölüncə bəsdi,
Ölərsəm, dərd daşı, batsan da yasa.
Bunu son sözüm bil, həvəsdi-bəsdi,
Göydə Allahımız bağışlasa da
Məni istəmirəm bağışlayasan.

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 153
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
Love Angel
Dağ da çəkəmməzdi mən çəkən dərdi,
Sənə də çəkdirdim özümlə birgə,
Məni istəmirəm bağışlayasan.
17 aprel 2019 21:13
6
-"Bitti" dediğin anda yeniden başlarmış insan. Başka yerde, başka şekilde, başka hayatlarla. Mutsuz, tedirgin, ama "Yeniden" Ve bitti dediğinde durduğunu zannetdiğin her şey, yeniden yepyeni güzellikler için çarpmaya devam edermiş. Yani nefes alıyorsa insan, "Umut" var demekmiş.
Offline
vipbetul
maraqli seirdir
17 aprel 2019 09:41
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Love-Girl
Son zamanlar weirli xeberler cox olur saytimizda. Bu da o demekdirki sevilir weirler.
Bele qerara gelmiwem kiiiiii,))) wekilli xeber hazirlamag elimden gelmir gelmir hec olmaya weir falan atim09

Allah qoysa bu ilin sonuna kimi qizlarimiza mennen bir weir sozu))) ewqden olacaq belkede06
16 aprel 2019 23:14
4
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
❤Ə❤CANAN❤G❤
Yaxsi seirdir beyendim.Aynurun sayesinde seirleri Sever olmusam
16 aprel 2019 22:35
3
canan qizim sirin seker qizim.
Offline
diablo
Sözləri təsiredicidi
16 aprel 2019 22:34
2
Nece izah ede bilmeyeceyim ucun susdugum seyler var
Online
BARBI
Meni bagislama .Tesirli sozleri var
16 aprel 2019 21:55
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri