Səni məndən soruşsalar nə deyim?

Müəllif: Love Angel
Şərhlər: 6
Baxılıb: 3 794
Səs ver:
(səs: 1)
Səni məndən soruşsalar nə deyim?
Onunla dost idik, deyə bilmərəm.
Səni məndən soruşsalar nə deyim?
Sadəcə gəzirdik? Deyə bilmərəm.
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

Səni məndən soruşsalar nə deyim?
O mənim hər şeyim söyləsəm əgər,
Hər şeyin olacaq bir insan bu gün,
Yanında olmalı deyilmi məgər.
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

Səni məndən soruşsalar nə deyim?
Mən onu sevirdim, o bir özgəsini...
Yox artıq bu qədər məncə çox oldu,
Hər kəs qınamazmı o zaman məni...
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

Səni məndən soruşsalar nə deyim?
Hiss etmir o hələ uşaqdır deyim?
Yoxsa uşaq kimi xəyallarımda,
Necə həyatımda qonaqdır deyim...
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

Səni məndən soruşsalar nə deyəcəm?
Bütün yaşananlar yaşandı bitdi.
Desələr nə qaldı bəs ondan sənə
Deyəcəm, sevməyi öyrətdi, getdi...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 794
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri