Kim sənə "zəif" dedi?

Şərhlər: 9
Baxılıb: 2 115
Səs ver:
(səs: 1)
Kim sənə "zəif "dedi?
Bu dünya ayaq üstə sənin gücünlə durur.
Kim sənə "aciz"dedi?
Can verməsən cahana,millətin kökü qurur.
"Bacarmaz"mı dedilər?
"Ağlın az"mı dedilər?
Hansı işə can atsan,
"Yox, olmaz"mı dedilər?
"Dedilər ki,sadəcə işləri dedi-qodu,"
Bəs sıcacıq yuvanın kimdir ocağı-odu?
Kim səni pillə -pillə alçaq saydı kişidən?
Zirvələrdən səs etdin,olmadı bir eşidən.
Səndən üstün sayılan,
Kişiyə kim verdi can?
Adı tarixlər yazan,
Saysız igidi,əri,
İmamı,Peyğəmbəri
Söylə, sən doğurmadın?
Zəif deyilsən ,QADIN!
Dünyaya ayaq basan hər kəsi sən doğurdun.
Bətnini kərpic-kərpic söküb incə canınla,
Sən inşa etmədinmi bu bəşəri,milləti?
Bəs Rəbbim niyə sərib ayağına cənnəti?
Demək,səni cənnətdən uca tutub Yaradan.
Sənin gücün olmadan,
Dura bilməz yerində,
Çökər göyün qübbəsi.
Nəvazişin deyilmi yer üzünün cübbəsi?
...Sənin başında dönür fələyin hər hiyləsi,
Boğuldu haqqın səsi,
Sənə növbə çatanda.
Bəs sənin səsin hanı?
Sən ki ağ südün ilə böyütmüsən dünyanı.
Bəşəri diz çökdürən "Ana"dır sənin adın.
Aciz deyilsən,QADIN!
O incə əllərinlə nə çilələr yoğurdun,
Əlindən bal yedilər.
Göz yaşınla sulayıb,
Sən nə əzablar biçdin,
"Dözməlidir" dedilər.
Nə əzablar çəkmədin?!
Axı əzab əkmədin!
Niyə dəyişdi fələk əkdiyin toxumları?
Günəş də əritmədi ömür yolundan qarı.
Amma sən Günəş oldun kainata,cahana,
Sən qaldın yana-yana,
İsindi çöhrəndəki.
Demək buymuş analıq!
Qorxsun zülmət,qaranlıq,
Deyə yanmaq bir ömür...
Amma hamı düşünür,
Günəşin ki borcudur işıq ilə istilik.
Görmədilər üstəlik,
Səndən çıxan tüstünü.
Bəlkə də görsəydilər,
Elə Günəşin üstə qurardılar büstünü.
Sən ki bu dünya üçün,
Öz -özünü qaladın.
Borclu deyilsən,QADIN!
"Bacarmaz" dedikləri,
Nələri bacarmadın?!
Sən " #Günəş "de, " #cənnət "de,
"Ən dəyərli zinət" de...
"Zəif"demə özünə!
Olmasan kim güc verər,
Əzmiylə Yer üzünə?!
Sən Güclüsən!
Sən Gücsən!
Anadır sənin adın!
Aciz deyilsən, QADIN!
Gücsüz deyilsən, QADIN!

Zəhra Əkrəm
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 115
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri