Bəyaz arzularımın #siyah telli şəhzadəsi

Şərhlər: 5
Baxılıb: 1 479
Səs ver:
(səs: 0)
Bəyaz arzularımın #siyah telli şəhzadəsi,
Mənim ömür qatarım siyah telindən keçir.
Ara bir dəli #rüzgar oxşayanda onları,
Tellərin ən dəcəli düşüb dodağın üstə,
Təbəssüm bulağından doyunca içir... içir.
Necə fərasətsizəm,küləkcən də olmadım.
O qara tellərindən necə alım bir biçim?
Yağış da deyil adım.
Nə göydən yağammadım siyah tellərin üstə.
Axı nəyə and içim?
Görəndə tellərinin küləklərlə rəqsini,
İçimə sığmır içim...
Nə də bir kəpənəyəm,uçam qonam telinə.
Ara bir diqqət yetir sən onların felinə.
O tellərin hər feli bir parça oğurladı
-- mənim ürək evimdən.
#Məhkum u olacaqlar bir ömür ürəyimin.
Baxma,dilim lal olur tellərinin önündə,
Onların bir rəqsinə gözlərimin rəyi min.
Bəyaz arzularımın siyah telli şəhzadəsi,
Tellərinin siyahından həyatım işıq alır.
Bir #Günəş biç telindən saxlayım soyuqlara,
Hələ ilin qabaqda şaxtalı qışı qalır.

#Zəhra_Əkrəm
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 479
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri