Sən adli morfin

Şərhlər: 14
Baxılıb: 1 974
Səs ver:
(səs: 0)
Mənə bu qədər ağrı çəkdirmə, qurban olum,
Nə qədər cəhd edirəm səndən keçəmmir solum.
Elə pis vərdişim var adı da sən, bilirsən?
Hər şeyi unudaram təkcə de ki, gəlirsən.

Dərd çəkdikcə bitərmiş gəl, dərdin ürəyimə,
Gəl, sevgi mələyim ol, dönmə dərd mələyimə.
Kimsəsizlik içində artıq yaşıyammıram,
Sənsizlik ağır yükdü vAllah daşıyammıram.

Xəstə düşübdü ruhum nəyə lazım bu ürək,
Ağrımı kəsmək üçün sən adlı morfin gərək.
Damarıma yeriyib bu zəhrimar yoxluğun,
Çıxıb getmir canımdan -
Ömrümü alışdıran, bu kəskin soyuqluğun.

Əfsanə Rəvan
(səs: 0)
Şərhlər: 14
Baxılıb: 1 974
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri