Barmaqlar

Müəllif: ♡R.X♡
Şərhlər: 7
Baxılıb: 1 694
Səs ver:
(səs: 1)
Baş barmaq

Baş barmaq baş olduğunu
Sözdə göstərdi,ona:
-Boş barmaq!-söylədilər.
Baş barmaq baş olduğunu
İşdə göstərdi,ona:
-Baş barmaq söylədilər.

Şəhadət barmağı

Doğru yol göstərəndə
Çox sevilir şəhadət.
Yersiz hədələməyə
Etməyəydi o adət!

Orta barmaq

Bütün barmaqlardan o,
Boyca böyük olsa da,
Göstərməyir özünü,
İtib-batıb ortada.

Adsız barmaq

Xeyli təşəxxüslüdür,
Şəst ilə baş əsdirir.
Nə olsun,adı yoxdur?
Lakin üzük gəzdirir.

Çəçələ

Çəçələ dedi:-Yumruq
Üstümə düşür niyə?
-Necə niyə?Özündə
Hərəkət yox deyə!

Beş barmaq

Beş barmaq birləşərək
Qütrətli əl düzəltdi.
Barmaqlardan hər biri
Böyük əməl düzəltdi!

Hikmət Ziya
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 694
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri