Şəhər-şəhər yaxına gəl

Şərhlər: 6
Baxılıb: 1 479
Səs ver:
(səs: 0)
İndi mən də yoxam görən,
Kim dəmləyir çayını.
Kim yetişir imdadına,
Kim eşidir hayını.

İşdən evdə qayıdanda,
Kim çıxır qabağına.
Kim öpüşlər yağdırır e,
Boynuna, dodağına.

Kimlə keçir ömrün-günün,
Kim bölür yatağını?
Kim ağ günə çıxarıbdı,
Qaranlıq otağını.

Düşün-düşün dəli olma,
Havalanma kişisən.
Şəhər-şəhər yaxına gəl,
Aralanma kişisən.

İliyimə, sümüyümə,
Canıma işləmisən.
Nəfəsimə, damarıma,
Qanıma işləmisən.

Gözləyə bilmirəm daha,
Sən qayıdan günəcən.
Bir eşq böyüdüb içimdə,
Çatdıracam sənəcən.

Əfsanə Rəvan
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 479
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri