Axtar, tap məni…

Şərhlər: 3
Baxılıb: 1 371
Səs ver:
(səs: 0)
Sənsizlik yuxu kimi gözlərimdən tökülsün,

Axan hər damlada unutduğun röya kimi axtar məni…

Qəfil payız küləyi ruhuma çırpılanda,

Tökülən hər yarpağın qəlbimdə izi varmış kimi tap məni…

Ayrılıq bizi səsləyəndə kar olaq bundan sonra,

Hicran gəlib lap gözümüzün önündə dayansa da, kor olaq…

Axtaraq bir-birimizi…

Ayrı-ayrı yerlərin adamları olaq, razıyam,

Dayanacaqlarda tapaq bir-birimizi…

Amma bir də görüşək…

Söhbətlərimiz gecədən səhərə qədər uzanıb getsin,

Məsum gözlərindəki günahkar baxışlarda gizlət məni…

Axtar…

İlk görüşdüyümüz o ağacın altına gəl,

Adımızı skamyalarda, ağaclarda tap…

Amma qəlbinə boylanma,

Axtarma orda məni…

Dodaqlarından qopan öpüşlərdə tap məni…

Müəllif: Müşfiq XAN
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 371
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri