Bir ömür ver tanrı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 125
Səs ver:
(səs: 1)
Bir ömür ver tanrı
Bir ömür ver mənə tanrı
Xəyanəti ,dərdi yasaq
Saxta məsum simaları,
Uzaq eylə məndən uzaq

Bir ömür ver mənə tanrı
Arzum deyil doqqsan-yüz yaş
Yetər mənə yüzdə yarı
Sürənərəm yavaş-yavaş

Bir ömür ver !Ömür tanrı
Qoy ölməsin bizdə həvəs
Bu dünyanın insanları
Yarı nəfəs yarı qəfəs

Nə ağırdır dünya yükü
Neçə dərdi çəksin insan
Dağılsın qoy !Nə var o ki
Yeni dünya tiksin insan

Dəyişsək də bu bəşəri
Bəs ayrılıq ,ölüm hara?
Verib ələ öz əlini
İnsan hara ölüm ora

Xavər Şəfiyeva
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 125
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri