Qırılan ürək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 310
Səs ver:
(səs: 1)
Təbiət yeni bir libasın geyir,
Uzağa gedənlər qayıdır yenə.
Qəmli ürəklərin payızı gəlir,
İsti yay günləri qalır geridə.

Yenə də uzaqdadır gözlədiklərim,
Yenə də tənhayam bu gün, bu axşam.
Qəlbimə yük olub xatirələrim,
Bir sözə bəndəm ki, çağlayam, daşam.

Hava da mənim tək dolubdur sanki,
Səmada buludlar süzür, rəqs edir.
Yağış da yağmayır, düşünür sanki,
O da ağlamağa bəhanə gəzir.

Yenə pəncərəyə düşər damlalar,
Üzümə süzülən göz yaşı kimi.
İldırım səmanın sinəsin yarar,
Qırılan ürəyin parası kimi.

Qərənfil Arifqızı
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 310
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri