Sənli ümidlərlə yaşayıram mən

Şərhlər: 6
Baxılıb: 1 356
Səs ver:
(səs: 0)
Sən boyda xoşbəxtlik ömrümə bəsdi,
Yoxluğun canımı sıxan qəfəsdi,
Yorulub ürəyim təngnəfəsdi,
Sənli ümidlərlə yaşayıram mən.

Bu qədər gen gəzmə, aramın olsun,
Bir ülfət kəsməyə məramın olsun,
Özgəsiylə gülmək haramın olsun,
Sənli ümidlərlə yaşayıram mən.

Mənim nəfəsimsən, mənə gərəksən,
Köksümdə döyünən, vuran ürəksən,
Səninçün hamıdı, mənimçün tək sən,
Sənli ümidlərlə yaşayıram mən.

Əfsanə Rəvan
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 356
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri