Kirpiyindən asarsan

Şərhlər: 5
Baxılıb: 1 606
Səs ver:
(səs: 0)
Təkliyinə sığındığın şəhərdə,
Bəsmi sənə minarələr, dənizlər?
Üşütməzmi soyuqluğum qəlbini?
Saçlarını küləklərmi əzizlər?

Hələ ölmə, məndən qaçıb gedənim,
Mənsiz ölmə, gözünü kim bağlayar?
Bir köynəklik həsrət yandırar səni,
Mən əvəzi buludlarımı ağlayar?

Mənim sevgim min duadan tutarlı,
Amma sən də, min ölüdən bətərsən.
İndən belə yüz il keçsə öldüyüm,
Əmin ol ki, yüz ilimə yetərsən.

Bizim sevgi nağılının şəhəri,
Bir dənəydi,
küçələri biz qoxan.
Kirpiyində barmağımın izləri,
Əllərində yuxularım,
mən yoxam!

Gülqızının qoxusunu unutma,
ölən mənəm, göz yaşını qurutma,
Ay sevdiyim, gəlib məni görməsən,
Qurban olum səs eləmə, oyatma.

Bilirsənmi, səhərəcən yağışlar,
Pəncərəni daşlayacaq, açarsan.
Bu gecəni, bu səfərlik yola ver,
Səhər məni kirpiyindən asarsan.

Əfsanə Rəvan
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 606
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri