Uşaq ruhlu qadın

Şərhlər: 11
Baxılıb: 3 886
Səs ver:
(səs: 0)
Bir qadın var gözündə illərin iztirabı,
Zərifcə bədəniylə hər dərdə yetir tabı.
Saçına hörük edib əziyyəti,əzabı,
Açarsa hörükləri , kainat batar yasa,
Saçlarını gizləyən bir qadın var hardasa...

Doğulmadan gömüldü körpəcə xəyalları,
Hey hüsrana açıldı onun ömür yolları.
Xəbərsiz düşdü yola zalım ümid qatarı,
İnsan necə yaşayar ümidləri olmasa?!
Qatarını gözləyən bir qadın var hardasa...

Nağıllara inanır uşaq ruhlu o qadın,
Eşidən şimşək sanır onun çaxan fəryadın,
Calaq- calaq dolanan arzuların,muradın,
Dişiylə açacaq o fələk ömrün almasa!
Dirənməkdən bezməyən bir qadın var hardasa...

Müəllif: Zəhra Əkrəm
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 3 886
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri