Ürək ağlamasın, axı neyləsin?

Müəllif: Love Angel
Şərhlər: 4
Baxılıb: 1 688
Səs ver:
(səs: 0)
Çevrildim sənsizlik xəstəsinə mən,
Yem oldum hicranın pəncəsinə mən,
Əyildim ayrılıq kəlməsinə mən,
Ürək ağlamasın, axı neyləsin?

Bəlkə də vaxtında gəlmədim sənə,
Sənin istəyini vermədim sənə,
Özümü sevdirə bilmədim sənə,
Ürək ağlamasın, axı neyləsin?

Nə edim ürəyim səni istəsə,
Xəyalın gecələr yuxuma girsə,
Qismət daha səni görməməkdirsə,
Ürək ağlamasın, axı neyləsin?

Məni tərk edirsən, tərk edirsən sən,
Arxanca baxıram, çıxıb gedirsən,
Səni ayrılığla dəyişirəm mən,
Ürək ağlamasın, axı neyləsin?

Sevgi göz yaşıyla cücərər, bitər,
Ömür sənsiz ötər, gün sənsiz ötər,
Sevib ayrı qalmaq ölümdən betər,
Ürək ağlamasın, axı neyləsin?
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 688
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri