Yağış

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 755
Səs ver:
(səs: 0)
Hərə həsr eylədi bir şeir sənə
A yağış bununçûn qûrrələnirsən
Bu qədər lovğalıq nədəndir axı?
Axı sən buluddan səpələnirsən.

De gôrûm nə etdin ağladı bulud?
Nə səbəbdən atdı yerlərə səni?
Axı hər damladan fərqli bilirdi
Nə ûçûn tay etdi sellərə səni?

Kûləyi bəhanə etmə nə olar
Ôzûn istəyinlə,atmısan onu
Gedişin vaxtıdır deyib yalandan
Quru bir torpağa satmısan onu.

Onu tərk edəndən parça-parçadı
Elə hey durmadan,ildırım çaxır
Mən elə bilirəm sən yağan zaman
Buludun gôzûndən gôz yaşı axır.

Nə olub dayandın,yağmadın daha?
Onu bir dəfəlik tərk mi eylədin
Ya da sôzlərimdən alıb dərsini
Ôzûn ôz səhfini dərk mi eylədin???

Səbinə Ərdəm
27.02.2019
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 755
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri