Nankor bədən!

Şərhlər: 6
Baxılıb: 2 070
Səs ver:
(səs: 0)
Heç bilmirəm nankor ürək,
Axı sənsiz necə atır?
Sən yoxsansa Günəş hər gün,
Necə doğur, necə batır?
Saçlarımda üzə bax bir,
Ağarmayıb sən gedəndən.
Gözüm də gözümdən düşüb
Yaşlarını səngidəndən.
Dodağım da vəfasızdı,
Sənsiz necə nəğmə deyir?!
Axı necə o çay içir?
Axı necə yemək yeyir?
Dilimə də inanmayın!
Yalançıymış -bilməmişəm.
Demişdi :"getsə, ölərəm",
Bəs mən niyə ölməmişəm?
Nəfəsim də rahat- rahat,
Hey dolanır xainanə.
Varlığını verməliydi,
Getdiyin o gün ianə.
Ayaqlarım daşa dönsün,
Çıxıb sənə gəlmir daha.
Bu bədənin hər hissəsin,
Tapşırıram mən Allaha.

Zəhra Əkrəm
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 070
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri