Bir gedən gəlmir

Şərhlər: 6
Baxılıb: 1 551
Səs ver:
(səs: 0)
Elə ki, həsrətin gəlir üstümə,
İnan,ilim -ilim itməyim gəlir.
Səni xatırladan nə varsa,atıb,
Geriyə baxmadan getməyim gəlir.

Qəlbin hiss eyləməz ondan küsərsəm.
Tapdayar sevgimi yoluna sərsəm.
Duyğular dağınıq, xəyalım sərsəm,
Bəzən də intihar etməyim gəlir.

Dərdlərin üstümə gəldilər cümlə,
Hər dəfə dirəndim bütün gücümlə.
Taqətim bitincə olub bir cümlə,
Müəmma altında bitməyim gəlir.

Adı "gözyaşı"ydı tək qazancımın,
Gözünü kor etdin saf inancımın,
Bircə an susmayan qara sancımın,
O acı dilini çərtməyim gəlir.

Fərəhlə bax hələ çəkdiyin dağa,
İzlərin ömrümdə dönüb qonağa,
Onların hamısın gömüb torpağa,
Üstünü nifrətlə örtməyim gəlir.

Hərdən ilim -ilim itməyim gəlir,
Qaçıb buralardan getməyim gəlir,
Bəzən də intihar etməyim gəlir...
Ehhh... hər şey gəlir də,bir gedən gəlmir!

ZƏHRA ƏKRƏM
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 551
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri