Ruhsuz bədənimin ruhu

Şərhlər: 5
Baxılıb: 1 454
Səs ver:
(səs: 0)
Nədir üzümdəki kədər,qəm-ələm..?
Qəm kədər üzümə yaraşmır axı..
Eh! yenə tutmuşam əlimdə qələm.
Talehim sözümlə barışmır axı..

Ağlayıb, sızlayıb giley edirəm
Özümə,dizimə vururam ancaq..
Sevirəm deyirəm çıxıb gedirəm.
Yalançı xoşbəxtlik qururam ancaq.

Bağırmaqdan olub boğazım yara.
Bir dilim qəlbimə riayət etmir..
Nə qədər xoşbəxtlik istəsəmdə mən
Xoşbəxtlik qəlbimə kifayət etmir..

Daxilən yaşlanıb qocalıram mən.
Cavanam cavanlıq olubbdu hədər.
Qəlbimin tam içi göynəyir mənim
Ağrılı könlümə dolubdu kədər.

Ruhsuz bədənimin ruhu yaradı
Fəryadım göylərin əsəri sanki....
Mən hara düşmüşəm bura haradı?
Yoxdu qəlb evimin kəsəri sanki..

Ağlımı itirib düşmüşəm çölə..
Tənhalıq canımı yandırır mənim..
Ürəyim bənzəyir qanlı bir gölə...
Damarımnan axır kədərim,qəmim.

Şairəm mən!niskildir hər sözüm də
Yuxusuzam yumulur bax gözüm də..
Sətirlərim məndən küsüb inciyir..
Şeirlərə yoxdu baxam üzüm də.

Müəllif: Pərvin Əzimzadə
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 454
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri