Sənin üçün küçə-küçə, darıxan qadın idim

Şərhlər: 5
Baxılıb: 2 619
Səs ver:
(səs: 0)
"Sənin üçün küçə-küçə,
Darıxan qadın idim"

Bircə dəfə baxışınla,
Dərdi-qəmi atırdım.
Gecələri kirpiyini,
Saya-saya yatırdım.

Elə getdin-
gözlərimdən
damla-damla süzüldün.
Baxdım pəncərə-pəncərə,
Qayıtmadın üzüldüm.

İndi daha səni ev-ev,
Axtarmıram gəzmirəm.
İndi daha qürurumu,
Addım-addım əzmirəm.

Bu şəhərin hər döngəsi,
hər dalanı şahidim.
Sənin üçün küçə-küçə,
Darıxan qadın idim...

Əfsanə Rəvan
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 619
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri