Sənə daim açıqdı, həm evim, həm qollarım

Şərhlər: 8
Baxılıb: 1 581
Səs ver:
(səs: 0)
"Sənə daim açıqdı,
həm evim, həm qollarım."

Bu evin hər küncündə,
darıxmaq oturubdu.
Qapısı, pəncərəsi,
Bezibdi, yorulubdu.

Təmizləyə bilmirəm,
Bu evi acılardan.
Qovuram darıxmağı,
qapıdan, bacalardan.

Xəyalınla qalıram,
bu kiçicik daxmada.
Təklik öldürər səni,
Hərdən yolux, baxma da.

Cığırını itirmə,
mənə gələn yolların.
Sənə daim açıqdı,
həm evim, həm qollarım.

Əfsanə Rəvan
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1 581
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri