Açılmasın heç səhər

Şərhlər: 7
Baxılıb: 1 339
Səs ver:
(səs: 0)
Kim qarşıma çıxdısa,
Səni ondan soruşdum
Sənsizlik axarında
ha çalışdım, vuruşdum-
Gördüm deyən olmadı..

Hər gün çəkdiyim həsrət,
Hicran yandırdı məni.
Kömək umdum dostlardan,
Çoxu sındırdı məni-
Gəldim deyən olmadı.

Artdı ümidsizliyim,
Acizliyim beləcə.
Yoxluğunla içində,
Dərd böyütdüm hər gecə-
Bildim deyən olmadı.

Günü aya caladım,
Ayı ilə birtəhər.
Hər gecə dua etdim,
Sənsiz açılacaqsa-
Açılmasın heç səhər..

Əfsanə Rəvan
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 339
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri