Təklinin adı

Şərhlər: 6
Baxılıb: 1 423
Səs ver:
(səs: 0)
Tək çəkə bilmirəm dərdi, əzabı,
Sənə gəlmək üçün bir himə bəndəm.
Məni öz bəxtimdən yarıt İlahi,
Hər şeydən sınıqdı bu dəli bəndən.

Ürəyim əzilib dərd daşımaqdan,
Barı məlhəm göndər yaralarıma.
Mərhəmət əlini uzat İlahi,
Mən axı lazımam balalarıma.

Sinəmdə dağlar var həsrətdən yana,
Su çilə bəxtimin yanan üzünə.
Vallah bura qədər heçnə görmədim,
Tüpürüm bu ömrüm qalan üzünə.

Əfsanə Rəvan
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 423
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri