Çox tezmi unudarsan

Şərhlər: 5
Baxılıb: 1 622
Səs ver:
(səs: 0)
Nə vaxtsa mən olmasam,
Yaşararmı gözlərin?
Qəmlənərmi ürəyin,
Bükülərmi dizlərin.?

Axtararsanmı görən,
Hara baxsan əksimi.
Yoxsa yenə sevərsən,
Sevə bildiyin kimi.

Düşərəmmi yadina,
Tənha gecələrində.
Qənimi olarsanmı,
Mənsiz gecələrin də.

Tanrıdan dilədiyin,
Diləyində necəyəm?
Nə isə narahatam,
Ürəyində necəyəm?

Hələ nə qədər sağam,
Çıx qarşıma özün de.
Çox tezmi unudarsan,
"Əgər ölsəm" düzün de.

Əfsanə Rəvan
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 622
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri