Vəsiyyətim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 683
Səs ver:
(səs: 0)
Əgər nə vaxtsa gûn gəlib, kôçûb getsəm həyatdan,
Heç biriniz ûzûlməyin, çıxardın məni yaddan.

Baş daşıma yazdırın ki, bu kəs ôlən çox oldu,
Həyatda var olmadı heç,dərd içində yox oldu.

Gəlib məzarım ûstûndə danışmayın,dinməyin
Toz bûrûmûş baş daşımı yaylıq ilə silməyin.

Sôyləməyin kaş yenidən gôrə biləydim səni
Sağlığımda çox incidim istəmirəm kimsəni.

Siz elə davranın guya,ôlməmişəm sağam mən
Rəsmimi vurmayın bura,axı utancağam mən.

Əgər ki gûl gətirsəniz təbii olmasın əsla
Mən təki ilgisiz qalıb yazıq solmasın əsla.

İstədiyim hûzurumu mən bu yerdə tapacam
Tənbəl idim bilirsiniz,burda da çox yatacam.

Dûzdû,biraz soyuq olsa ûşûyəcəm mən hərdən
Yerim darsa,ağlayanda boğulacam qəhərdən.

Ôz ətrinlə gəl anacan,qoxun ûstûmə sinsin,
Sarıl mənə nəfəsinlə biraz ruhum isinsin...

Mûəllif: Səbinə Ərdəm
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 683
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri