Ağlamağa behanə ver

Şərhlər: 6
Baxılıb: 1 713
Səs ver:
(səs: 0)
Ağlamağa bəhanə ver,
Ürəyimi nisgil sıxır.
Əllərimi sənsizliyim,
Boğazımı qəhər sıxır.
Nə güc varmış biləyində!
Öldürəcək təhər sıxır.
Nə yorulmur,nə dincəlmir,
Gecə sıxır,səhər sıxır.
Tikan taxır ilməyimə,
Kədər qatır gülməyimə,
Haram səpir yeməyimə,
Çaylarıma zəhər sıxır.
Tut əlimdən,apar məni!
Ürəyinin bir kəndinə.
Yoxsan deyə zalımlaşıb,
Sıxır məni,şəhər sıxır.
Ağlamağa bəhanə ver!
Bulud kimi dolmuşam mən.
Sənsiz boynum bükük qalıb,
Yaman kövrək olmuşam mən.
Gözümdə ocaq qalanıb,
Boynuma zəncir dolanıb.
Suyuma həsrət bulanıb,
Saralmışam,solmuşam mən.
Ağlamağa bəhanə ver!
Yaman kövrək olmuşam mən.

Zəhra Əkrəm
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 713
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri