Nankor qonaq

Şərhlər: 6
Baxılıb: 1 958
Səs ver:
(səs: 0)
Səninlə həyatı bir yuxu sandım,
Verdiyin vədlərə qandım,inandım.
Mən onda oyandım,onda oyandım,
Sinəmin üstünə sancdın bıçağı,
Ay mənim ömrümün nankor qonağı!

Bilirəm,yolunu gözləmək əbəs,
Mənə yaxınları arzuladan kəs,
Uzaqlar gözünün düşməniydi bəs!
Sən sevdin uzağı, seçdin uzağı.
Ay mənim ömrümün nankor qonağı!

Qəlbində bu eşqin atəşi sönmüş,
Dünyamın ağ üzü qaraya çönmüş.
Yoxluğun qəlbimi məzara gömmüş,
Qəlbim yoxluğunla barışmır axı!
Ay mənim ömrümün nankor qonağı.

ZƏHRA ƏKRƏM ( #8mart 2019)
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 958
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri