Yenə mən

Şərhlər: 7
Baxılıb: 2 131
Səs ver:
(səs: 0)
Yenə yağış, yenə mən , yağır dərdlər bu gecə.
Yenə islaq xəyallar öksüz qaldı körpəcə.
Nələr düşünür ürək,sərxoş olub deyəsən,
Qovuşmağı düşünmək -dəlicədir,dəlicə!

Yenə gecə,yenə mən, xatirən dəstə- dəstə,
Tutub kövrək saçımdan sürüyür üzü üstə.
Elə sıxır qəlbimin suyu çıxır gözümdən,
Nə zalımmış ,ilahi, "həsrət" adlı bu bəstə!

Yenə mən və yenə mən,bəs sən hardasan,harda?
Sanki mənə düşməndi,təyyarə də, qatar da.
Sənə gəlmək istəsəm yollar azır yolunu,
Tut yolun bir ucundan, özün gəl bu baharda.

Zəhra Əkrəm
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 131
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri