Haqqdan yazıram

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 359
Səs ver:
(səs: 0)
Çatmayır dadıma körpülər,yollar
Ölüyəm ya diri özüm bilmirəm
Danışsın yerimə qələm varaqlar
Mən nə danışmıram nə də dinmirəm

Doludur ətrafım neçə adamla
Bilinmir doğrusu rəzaili kim
De necə barışım mən bu zamanla
Kef işrətgahların divanəsi kim

Dəyişib yerini kənd də şəhər də
Ədəbi səhv salır moda -dəb ilə
Mənəvi əxlaqi qadın görəndə
Top atəşə tutur dillə,söz ilə

Nə badə dəb ilə qala gündəmdə
Bəndə söz çıxardır sözün içindən
İndi sinəsinə döymə döyən də
Düşübdür vallahi insan gözündən

Çoxları götürmur,dinmir sözümü
Ellər danlasa da haqqdan yazıram
Bağlatmaz bu dövran belə gözümü
İlham qəlbdən gəlir çoxdan yazıram

Xavər Şəfiyeva
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 359
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri