Kədəri olmayanın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 499
Səs ver:
(səs: 0)
Kədəri olmayanın,
şad xəbər eşitməyi,
əslində, mümkün deyil...
Bir insanın qayğısız, kədərsiz ömr etməyi,
məncə də, düzgün deyil,
Boş keçən gün gün deyil...

Bu boşluğu dolduran,
ömrünə naxış vuran,
Bir sevdiyin də yoxdu, "sevirəm" deyə hər gün,
tərk edib gedə bir gün...

Bir gün qayıdar deyə,
o getdiyi yollara nəzər sala gözlərin,
Xatirələr içində, azıb qala gözlərin,
Qəmə dala gözlərin...

Bir şəkil də tapasan köhnə telefonundan,
onunla çəkdirdiyin...
Biraz qarışıq düşən, gözünə işıq düşən,
yaxşı düşməyib deyə,
Heç, əvvəl baxmadığın,
Qaramtıl düşən şəkil...
Yana-yana baxasan, için yana, göynəyə,
O qaramtıl şəkildə, nə acılar var imiş,
Nələr gizliymiş deyə...

Kədəri olmayanın,
şad xəbər eşitməyi, əslində, mümkün deyil...
Bir insanın qayğısız, kədərsiz ömr etməyi,
məncə də, düzgün deyil,
Boş keçən gün gün deyil...

Bir az pul itirəsən, gəzintiyə gedəndə,
ya küçədə, ya tində...
ya dostunun evində,
məsəl, yadından çıxa, qala telefonun da...
Bir iki gün axtarıb, tapasan ən sonunda...

Həyat sənə maraqlı,
biraz da, dolğun gələ...
Bahar əlbət, gözəldir, amma könül istəyir,
Heç olmasa, hərdənbir,
qar yağa, çovğun gələ...
İnan ki, qış olmasa, adam bahardan bezər,
güllü bağçada insan, axı, nə qədər gəzər?
Qışın soyuq şaxtası,
əziyyəti, qovğası,
bizə sevdirir yazı...

Kədəri olmayanın,
şad xəbər eşitməyi, əslində, mümkün deyil...
Bir insanın qayğısız, kədərsiz ömr etməyi,
məncə də, düzgün deyil,
Boş keçən gün gün deyil...

Ceyhun Aranli
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 499
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri