Hərdən yadima düşürsən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 935
Səs ver:
(səs: 0)
Hərdən yadıma düşürsən
Üst-başından cin ürkən,
Məzlum baxışlarından
ürəklərə qəm çökən
Yetim bir tifilin yadına
anası düşən kimi.
Könlümün sazının qırılır simi.
Buludlar tək dolur gözlərim,
Əsim-əsim əsir dizlərim.
Saitsiz qalır bütün sözlərim.

Hərdən yadıma düşürsən.
Qəlbində gül, çiçək açan,
Siması aləmə nur saçan,
Bir ruşəndilin yadına
Günəş, Ay düşən kimi.
Könlümün sazının qırılır simi.
Hərdən yadıma düşürsən.

Aynur Haqverdi
22.02.2019
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 935
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri