Ulduz keçir küçəmizdən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 391
Səs ver:
(səs: 0)
Pəncərədən boylanıram,
Bir qız keçir küçəmizdən.
Gözəl nə varsa, birləşib
yalqız keçir küçəmizdən.

Yaxınlaşır, yaxınlaşır,
Ümidlərim aşır, daşır,
Bahar gəlir küçəmizə.
Gəlir keçir, uzaqlaşır
Ümidlərim qopur, düşür,
Uzaqlaşır, dalıyca da,
payız keçir küçəmizdən...

Göylər yerin əkizidi,
Eynidi hər ikisində
Ulduz axır göy üzündə,
Ulduz keçir küçəmizdən...

Ceyhun Aranlı
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 391
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri