Yenə yadıma düşdün...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 656
Səs ver:
(səs: 0)
Yenə yadıma düşdün,
yenə hardasa bir qız
asdı özün tavandan.
hardasa bir quşcuğaz
yerə düşdü yuvadan...

Yenə yadıma düşdün,
yenə kasacığından
qopub düşdü ləçəklər...
Yenə tora ilişdi,
bir-biriylə,
səhərdən sevişən kəpənəklər...

Yenə yadıma düşdün,
soldu bütün ümidlər.
Günəş tamaşasına
pərdə çəkdi buludlar...

Yenə yadıma düşdün,
nalə çəkdi buludlar.
ağladı,
nə ağladı...
yağdı ilıq yağışlar,
qaynaşdı qarışqalar...
axıb yağış suları,
onların
yuvasını, dəliyini bağladı...

İldırım çaxdı birdən...
elektrik məftili üstə qonmuş bayquşu
bir anda vurdu şimşək,
sonra zülmət qaranlıq,
yağış, uğultu, külək...

pəncərədən baxarkən
mən bu dəli şimşəyə,
bir bayquş şığıyaraq
çırpdı özün şüşəyə...

şüşəyə dəyən kimi,
verdi son nəfəsini,
axıb şüşə boyunca,
sürüşüb yerə düşdü.
bu dəm mənim gözümdən
iki balaca damcı
sürüşüb yerə düşdü...

şüşənin arxasında
ölü bayquş axırdı..
şüşənin qarşısında
gözümdən yaş axırdı...
nəfəsimin buxarı
dəyib soyuq şüşəyə
yavaş-yavaş soyuyub, yavaş-yavaş axırdı...

Bütün bu düşüncələr
gəlib ümidsizliyə,
acizliyə çıxırdı,
sənsizliyə çıxırdı...

birdən qəfil ayıldım,
sevindim ki, yuxuymuş...
bayquş səsi duyulmur,
yağış zad da yoxuymuş...

çapalayıb, üstümü açmışdım,
üşümüşdüm...
unutmaqçün yuxunu,
yorğanıma bürünüb
yatmağa çalışarkən,
yenə yadıma düşdün...

Ceyhun Aranli
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 656
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri