Yırtıq ayaqqabı yamayan kişi...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 569
Səs ver:
(səs: 0)
Yırtıq ayaqqabı yamayan kişi,
Çirkli əllərinin tozuna qurban...
Yox,
o toz toz deyil,
zərdir,
bəzəkdir,
sən ki,
öz peşəni sevib bir kərə,
əlinin tozunu gövhərə,
zərə
qızıla,
gümüşə dəyişməmisən...
O əli öpməyin özü şərəfdir...

Yırtıq ayaqqabı yamayan kişi,
Tüstü haçan oldu,
duman haçanmış?
Adamlar unutqan olur,
doğrudan,
kəsəkdən,
palçıqdan,
yağışdan,
sudan
ayağın quruya çıxardıqların
ayağı quruya çıxanacanmış...

Bəlkə də, ayaqlar sürüşməz idi,
Başmaqlar nazilib, dağılmasaydı.
başmağıyırtıqlar çoxalmaz idi,
papağıyırtıqlar çoxalmasaydı...

Yırtıq ayaqqabı yamayan kişi,
çox da küçümsəmə gördüyün işi,
ayağımız suya batmasın deyə,
böyük qitələrdən
böyük kürəyə
Allahın özü də yamaq vurubsa,
utanma,
usanma pak sənətindən,
zövq al öz gücündən,
öz qüdrətindən...

Ceyhun Aranlı
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 569
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri