Qadın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 025
Səs ver:
(səs: 0)
Əyilmə ey qadın, zülm önündə,
Demə ki, talehdi, şansdı, həyatdı...
Sən aciz deyilsən, bu nə suratdı?
Qadın suç işləməz,
günah götürməz.
İlahi mələyi qadın donunda,
Şeytanı kişiyə bənzər yaratdı.
Qadını əzməyi Allah götürməz.
qadın suç işləməz,
günah götürməz...

Qadın naxış olur süfrə başında,
Qadın bəzək olur şair mətninə.
Cahana sığmayan cahangirlərin
sığan vaxtı olub qadın bətninə...

Qadın, sən anasan,
Saçların Sirat,
Ayağın altına Cənnət deyilir.
"Siratdan" sığalla keçə bilməyən,
"Cənnətə" düşməyə layiq deyildir...

Qadın! sən ömrümə doğan günəşsən,
Hər səhər yuxumdan öpüb oyadan...
Harasa gedəndə, evdən çıxarkən,
Aydınlıq rəmzitək qara gözündən,
arxamca ağlayıb, sanki, "su atan! "

Əyilmə ey qadın, zülm önündə,
Demə ki, talehdi, şansdı, həyatdı...
Sən aciz deyilsən, bu nə suratdı?
Qadın, suç işləməz,
günah götürməz.
İlahi mələyi qadın donunda,
Şeytanı kişiyə bənzər yaratdı.
Qadın suç işləməz, günah götürməz...
Qadın suç işləməz, günah götürməz...

Ceyhun Aranlı
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 025
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri