Anası döyülən uşaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 1 760
Səs ver:
(səs: 0)
Rəsm dərsində,
"xoşbəxt ailə" mövzusunda,
"ana, övlad və əlləri olmayan ata"
rəsmi çəkmişdi,
anası döyülən uşaq...

Doğrusu,
bu dərsdən "beş" də ala bilməmişdi,
lakin,
anasının çöhrəsindəki
beş barmaqlı şillənin izindən dərs ala bilmişdi:
"anamızı döyən varlığa ata deyilir!"

"-niyə dərsini oxumamısan?
-işığımız sönmüşdü.
-məncə, dünən axşam kəndin bütün işıqları yanırdı."
-amma bizim işığımızı atam söndürmüşdü-
deyə hıçqırırdı,
anası döyülən uşaq...

İndi düşünürdü ki,
müharibədə atasını itirmiş
Nadirin yerində olmaq qədər gözəl
heçnə yoxmuş,
anası döyülən uşaq...

Dərsdən qayıdarkən,
atası başını sığalladı...
o anlar içində,
bir sığaldaca boğulurdu,
anası döyülən uşaq..

Ceyhun Aranlı
(səs: 0)
Şərhlər: 14
Baxılıb: 1 760
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri