Olacaqsan

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 1 480
Səs ver:
(səs: 0)
Nə zülüm eyləsə gecəm gündüzüm
Sən mənim qəlbimdə var olacaqsan
Həsrətin atəşi alovum közüm
Sən inam dağına qar olacaqsan

Gah qanad çalacaq ümüd diləyim
Gah üzü güləcək zalım fələyin
Bu qəmlə çağlayıb coşar ürəyim
Aləmə sözümlə car olacaqsan

Yollara iz olub düzülən mənəm
Gecələr buluddan süzülən mənəm
Ehh sənə nə varki üzülən mənəm
Sən isə sevilən yar olacaqsan

Bilki bu ürəklə birdə sevmərəm
Divanə olmazsa ürək demərəm
Nədə bu əcələ omur vermərəm
Qətlimə qərarlı dar olacaqsan
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 480
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri