Ölmək gəlmir əlimdən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 878
Səs ver:
(səs: 0)
Hər şey dəyişdi birdən, hər şey çox özgələşdi,
Nə zaman o zamandır, nə mən, nə də sən daha.
"Arzuların çin olsun" deyən dilənçilərə,
Qəpik-quruş verərdim, yalvarardım Allaha.

Sən də öz yerindəsən, mən də öz yerimdəyəm,
Allah da var, bilirəm, dilənçi də yerində.
Bu dünyada biz yoxuq, nə təsadüf, deyilmi?
Qapı-qapı gəzirsən, duaların əlində.

Daha niyyətimdə də, sən yoxsan deyə indi,
Allaha əl açmıram, dilənçi də mat baxır.
Biz də tək deyilik heç, ikimizdən savayı,
Göydə Allah darıxır, yerdə Allah darıxır.

O boyda göy üzündə, darıxır Ay da hərdən,
Bircə sən darıxmadın, eşitmədim, dilindən.
Bu elə bir ağrıdır, bu elə bir əzabdır,
Yaşayaraq ölürəm, ölmək gəlmir əlimdən.

Səfail Aqiloğlu
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 878
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri