Sevgim haqqi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 876
Səs ver:
(səs: 1)
Sevgim haqqı
Elə darıxmışam ki,
Sənin üçün.
Sevgim haqqı
Səhraların yağış həsrəti,
Bülbülün gülə məhəbbəti
qədər darıxmışam.
Sənsiz mən
Qar həsrətli qışam.
Məndən getdiyin yolda
Qeys tək dayanmışam.
Gözlərin haqqı
Elə darıxmışam ki,
Könlümə dalan baxışın üçün.
Nura möhtac ruşəndil,
Sözə həsrət dil kimiyəm.
Mən sənsiz yetimin biriyəm.
Dodaqların haqqı
Elə darıxmışam ki,
Səsin üçün
Suların şırıltısında,
Küləyin vıyıltısında,
Quşların pırıltısında
Gəzirəm səni.
Əllərin haqqı
Elə darıxmışam ki
Sığalın üçün.
Pərişan saçlarımda
dəli kimi səni gəzir
biçarə barmaqlarım.
Sığalın dəyən
telimi öpür dodaqlarım.
Sevgim haqqı
Sənsiz mən
Şəklini toz basmış
baş daşı kimiyəm.
Mən mizrabı sən olan
sazın simiyəm.
Sevgim haqqı
Sənin üçün
Elə darıxmışam ki!

Aynur Haqverdi
05.02.2019
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 876
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri