Bu gecə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 109
Səs ver:
(səs: 0)
Bu gecə
Dənizlərin qovub
Sahilə atdığı
Balıq kimiyəm.
Bu gecə
Bilmirəm nədənsə,
Nədənsə...
Öz bədənində bir yad tək
qəribsəyən biriyəm.
Barmaqlarım barmaqlarımdan,
Əllərim əllərimdən
Çıxıb getmək istəyir.
Sanki onlar
Məndən qaçıb
Başqa bir bədəndə
Sevincə, hüzura yetmək istəyir.
Gözlərimdə gizlənən
Bir qətrə yaş
Hərdən kirpiklərimə dəyir.
Bu gecə
Elə bəxtsizəm
Elə bəxtsizəm...
bir meh də əsmir ki,
Qəribsəməyimi alıb apara.
Uzaqlara e,
Lap uzaqlara...
Ünüm, səsim çatmayan
Hansısa bir qərib diyara.
Bu gecə
Elə bəxtsizəm!...

Aynur Haqverdi
31.03.2019
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 109
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri