Oruc tutub

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 423
Səs ver:
(səs: 0)
Tutammıram əlindən,
Əllərim oruc tutub.
Çək əlini telimdən,
Tellərim oruc tutub.

Malım, mülküm bu ömrüm,
Ağır yüküm bu ömrüm.
Hara töküm bu ömrü?
İllərim oruc tutub.

Oruc tutub uçan ox,
Hədəfdən yan keçən ox.
Qapısından keçən yox,
Otaqlar oruc tutub.

Oruc tutub ev-eşik
Toz bürümüş boş beşik.
Mərdanələr döyüşür,
Qorxaqlar oruc tutub.

Bu, qumluqda qıvrılan,
dənizdən uzaq qalan
balıqlar oruc tutub.
Bu, təbəssüm dadmayan
yanaqlar oruc tutub.

Körpə səsi gəlməyən
ocaqlar oruc tutub.
Baharda çılpaq qalan
budaqlar oruc tutub.

Oruc tutub ürəyim,
Yox arzusu, diləyi.
Bacarmıram ölməyi,
Torpaqlar oruc tutub.

Yuxuma da girən yox,
Yuxum da oruc tutub.
Sevgi ruhun qidası,
ruhum da oruc tutub.

Yetim-yesir qəm yeyir,
Qalanı oruc tutub.
Haqyeyəndi bu dünya,
yalana oruc tutub.

Bu dünyada hər nə var,
Niyəsə, oruc tutub.
Bu dünyanın Sahibi,
Yiyəsi oruc tutub.

O nə doğdu, doğuldu,
O, nə qız, nə oğuldu.
O, nə yemir, nə içmir,
Deyəsən, oruc tutub...

Ceyhun Aranli
25.05.2019
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 423
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri