Cəhənnəm haradır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 026
Səs ver:
(səs: 0)
Batıram dünyanın dərdlərində mən
Cəhənnəm haradır?Gedəm ora düz
Onsuzda bu yolda şeytan aldadır
Gedəm birdəfəlik,görəm üzbəüz

Ruhum çoxdan köçüb,tapılmır yəni
Ümüdüm quruca nəfəsə qalıb
Kim satdı görəsən,kim aldı məni
Hələ axtarıram yol üstə qalıb

Hansı tərəfdəsən?Üzə çıx Allah!
Bəlkə öz yanıva alasan məni
Yiyəsiz itlərə yem olmuşam mən
Təkcə bircə dəfə anasan məni

Min günah etsəm də bağla gözünü
Ən böyük günahı sən etmisən,sən!
Doğulmamılıydım bu yer üzünə
Mən böyük günahın yer üzdə gəzən

Xavər Şəfiyeva
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 026
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri