Mən səni görəndə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 920
Səs ver:
(səs: 0)
Mən səni görəndə halsız oluram,
Mən səni görəndə bilmirəm kiməm.
Mən səni görəndə, dilim tutulur,
Bilmirəm, ya susam, ya da ki, dinəm.

Mən səni görəndə, səni görəndə,
Elə bil buludlar dəyir baş-başa.
Mən səni görəndə, qəribə şeydi,
Az qalır düşüncəm, ağlım daşlaşa.

Mən səni görəndə, bilmirəm niyə,
Dədəm də yadımdan çıxır inan ki.
Mən səni görəni çox unutqanam,
Bilmirəm yediyim nədir dünənki.

Mən səni görəndə, çaşıb-qalıram,
Hansı yol gedirdi evə bilmirəm.
Mən səni görəndən, səni görəndən,
Daha pişiyimi sevə bilmirəm.

Sefail Aqiloglu
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 920
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri