Sən olmuşam mən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 057
Səs ver:
(səs: 1)
Bu necə mübarək gündür, İlahi,
Eşqimin əzəli çıxıb qarşıma
Özü bir aləmdir, sözü bir aləm,
Eşqlərin özəli çıxıb qarşıma.

Sevdiyi insanın rəngini alar,
Yarının rənginə boyanar aşiq.
Bircə gün yarından uzaqda qalar,
Eşqindən qovrular, hey yanar aşiq.

Ayıra bilmirəm özümü səndən,
Bəlkə də, keçmişdə mən olmuşam mən.
Bir əsər-əlamət qalmayıb məndən,
İndi bütünlüklə sən olmuşam mən.

Xaleddin İlyas
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 057
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri