Mən nə bilim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 059
Səs ver:
(səs: 0)
Ötən günlər canlandıqca birbəbir,
İnsan hərdən ağlayarmış,
gülərmiş...
Həkimlər də yalan deyir!
Xərçəng, vərəm bəhanədi ölümə,
Adam elə tənhalıqdan ölərmiş.

Adam elə darxıdıqca, nədənsə,
Bir tərəfi şikəst düşər, qırılar.
Sevilməyə yeri qalmaz, inanmaz,
Sevgisiz də yaşamaqdan darılar.

Sən bilməzsən, həkimlər də bilmədi!
Bir şey əskik, ağrıyır sol yanımda.
Bircə buna ürək deyib, tələsmə,
Çatışmayan, gülüşündü,
Ona görə sızıldayır canım da.

Bəhanəylə soruşursan, necəsən?
Mən nə bilim, nə görürsən, oyam da.

Sefail Aqiloğlu
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 059
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri