Ruhum

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 109
Səs ver:
(səs: 0)
Bura onun vətənidir,
Yollarında müntəzirəm.
Dənizində, qayasında,
Ondan qalan iz gəzirəm.

Sevgisi alıb ruhumu,
Bədənimdən ayrı qalıb.
Cismim çox-çox uzaqlarda,
Ruhum burda məskən salıb.

Ətrafımdan keçənlərin,
Üzlərinə boylanıram.
Bəlkə, onu görüb deyə,
Gözlərinə boylanıram.

Bura onun vətənidir,
Hər gün burda nəfəs alır.
Cismən çıxıb getsəm belə,
Ruhum yenə burda qalır.

Xaləddin İlyas
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 109
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri