Sormadın məni

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 080
Səs ver:
(səs: 1)
Deyirsən , özgənin yarıyam artıq
Elə zənn edirsən , unutdum səni
Deyilən hər şeyə inanaraq sən
Bir dəfə arayıb sormadın məni .

Hər axşam bir başqa ağrıyır canım
Həsrətin bir başqa olurmuş , yarım
Əzəbsız keçmədi nə gün , nə ayım
Bir dəfə arayıb sormadın məni

Bilmədin vurdular , yaraladılar
Namərdlər dilində qaraladılar
Bilmədin sevgimi paraladılar
Bir dəfə arayıb sormadın məni .

Dağ idin arxamda nə tez dağıldın
Daha da yazılmaz bəxtimə adın
Niyə kor peşiman geri qayıtdın
Bir dəfə arayıb sormadın məni .

Məryəm Novruz
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 080
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri