Ağla,hıçqıraqsız...

Şərhlər: 6
Baxılıb: 1 550
Səs ver:
(səs: 0)
Bəli,indi beləyəm mən,
Hər şeyə vecsiz,maraqsız.
Üstüm-başım tör-töküntü,
Saçım dağınıq,daraqsız...
Ruhum qeyiblərdə,uzaq.
Cismim yaralı yalquzaq.
Dedim xatirələr yazaq,
Getdin səmirsiz,soraqsız.
Xəyalın hey çəkir dərdə,
And içmişdik xeyir- şərdə(...)
Günəş çəkir siyah pərdə,
Həyatım qalır çıraqsız.
Ayaqların doğur məni,
Baxışların boğur məni.
Əlin yerə soxur məni...
Deyir:"Ağla,hıçqıraqsız..."

Zəhra Əkrəm
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 550
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri