Niyə tapa bilmirəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 794
Səs ver:
(səs: 0)
Mən bütün vidalara ağlayan bir uşağam,
Mənim ayrılıqlara tabım yox, dözümüm yox...
"Salamat qal, görüşərik, dəyərlisən, doğmasan",
Eh, bu kimi sözlərə gözüm tox, ürəyim tox...

Məni bütün gedişlər sarsıldır, uşaq kimi,
İlahi, nə vermisən mənə ürək yerinə?
Kaş dilimi alardın, kaş məni lal edərdin,
Ürəyi daş edərdin, məni dilim yerinə.

Məni eradan əvvəl yaradaydın, İlahi,
Bu zamanın adamı deyilmişəm bəlkə də.
Yaşamağa bir dalan, dərd bölməyə bir insan,
Niyə tapa bilmirəm, mən bu boyda ölkədə?!

Səfail Aqiloğlu
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 794
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri